Ceyson Steytem

Ceyson Steytem
ing. Jason Statham
Doğum tarixi 26 iyul 1967(1967-07-26)[1][2] (56 yaş)
Vətəndaşlığı
Partnyorları
Fəaliyyəti film prodüseri, kino aktyoru, model[d], karateçi, kikboksçu, aktyor, səsləndirmə aktyoru[d], futbolçu
Fəaliyyət illəri 1998-ci ildən
IMDb ID0005458
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ceyson Steytem (ing. Jason Statham, 26 iyul 1967[1][2]) — İngiltərə aktyoru. O, döyüş-triller filmlərindəki sərt və kobud rollarına görə məşhurlaşıb. Steytem 2000 və 2010-cu illərdə döyüş filmlərini yenidən populyarlaşdırdığına görə alqışlanıb.[3] Onun rol aldığı filmlər 2017-ci ilə qədər 1,5 milyard dollardan çox gəlir gətirib, bu onu kino sənayesinin ən çox qazanan ulduzlarından birinə çevirib.[4][5]

Ceyson Steytem gənclik illərində mağazalarda işləyərkən boş vaxtlarında Çin döyüş sənətləri, kikboksinqkarate ilə məşğul olurdu. O, həvəslə futbol oynamış və suya tullanma ilə məşğul olmuşdur. İngiltərənin suya tullanma üzrə milli komandasını təmsil etmişdir. 1990-cı ildə Birlik Oyunlarında İngiltərə üçün qürurla yarışmışdır. Bundan qısa müddət sonra o, müxtəlif reklam kampaniyalarından təkliflər aldı, tanınmış brendlər French Connection, Tommy Hilfiger və Levi's üçün modellik etdi. Steytem bundan bir neçə il sonra Qay Ritçinin cinayət filmlərində çəkilmək üçün seçilib. 1998-ci ildə "Lock, Stock and Two Smoking Barrels" və 2000-ci ildə "Qapışma" filmlərində rol aldı.

Steytem bu filmlərin uğurunda sonra "Daşıyıcı" (ing. Transporter) trilogiyasında (2002–2008) Frenk Martin rolunu ifa etdi. O, "İtalyansayağı oğurluq" (2003), "Crank" (2006), "Müharibə" (2007), "The Bank Job" (2008), "The Mechanic" (2011), "Casus" (2015) və "Mechanic: Resurrection" (2016) kimi bir sıra soyğun və döyüş-triller filmlərində çəkildikdən sonra Hollivudda ad çıxarmağı bacardı. Digər tərəfdən, o, "Revolver" (2005), "Chaos" (2005), "In the Name of the King" (2007), "13" (2010), "Blitz" (2011), "Peşəkar" (2011), "Hummingbird" (2013) və "Wild Card" (2015) kimi uğursuz filmlərdə də çəkilib. O, kommersiya uğurunda azalma ilə üzləşdikdən sonra "Qabağıalınmazlar" və "Forsaj" kimi məşhur film seriyalarında çəkilərək öz uğuru bərpa edib. Forsaj seriyasının bir hissəsi olan "Hobs və Şou" spin-off filmində Deckard Shaw obrazını canlandırıb.

  1. 1 2 Jason Statham // The Fine Art Archive. 2003.
  2. 1 2 Jason Statham // Munzinger Personen (alm.).
  3. Martin, Reed. The Reel Truth: Everything You Didn't Know You Need to Know About Making an Independent Film. Macmillan. 28 April 2009. ISBN 9780571211036. 5 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 January 2024.
  4. "Scholars tackle soaraway success of Jason Statham". Times Higher Education (THE). 21 December 2017. 23 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2018.
  5. Jones, Emma. "Jason Statham: Billion dollar man". BBC News. 3 May 2012. 21 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 January 2018.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search